Qəbul imtahanlarının məzmunu hansı sənədlərə əsaslanır?
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq DİM-dən bildirilib.
İmtahan tapşırıqları ictimaiyyətə necə təqdim olunur?
Qeyd olunub ki, İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır:
"Dünən imtahandan dərhal sonra bütün tapşırıqlar və onların izahı, düzgün cavablar ictimaiyyətə təqdim olunub. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilib. Bütün bunlar imtahanın məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir."
Tapşırıqların çətinlik dərəcəsi necə müəyyənləşir?
Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Həmçinin imtahanın çətin olması isə nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər.
Qəbul imtahanlarının məqsədi və iştirakçı fərqliliyi
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanı seçmə və yerləşdirmə məqsədi ilə keçirilir. Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik on minlərlə abituriyent iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və abituriyentlər arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur.
İmtahanın çətinliyi ilə bağlı iddialara münasibət
Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər həmişə ictimaiyyətə təqdim olunur. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur.