Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistanda silsilə terror hücumları: Ölənlərin sayı 33-ə yüksəldi

2 dəq
Paylaş:
Pakistanda silsilə terror hücumları: Ölənlərin sayı 33-ə yüksəldi

Pakistanın əyalətində separatçı "Bəlucistan Ordusu" (BLA) tərəfindən həyata keçirilən genişmiqyaslı terror hücumları nəticəsində insan itkilərinin sayı artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Ordusunun İctimaiyyətlə Birliyinə (ISPR) istinadən xəbər verir ki, 12 fərqli bölgədə eyni vaxtda törədilən hücumlar nəticəsində 33 nəfər həyatını itirib.

Ölənlərin 18-i mülki şəxs, 15-i isə qüvvələrinin əməkdaşlarıdır.

Hadisədən dərhal sonra Pakistan ordusu tərəfindən başladılan əks-terror əməliyyatları nəticəsində aralarında 3 kamikadzenin də olduğu ən azı 92 terrorçu zərərsizləşdirilib.

Rəsmi qurumlar terror aktlarının əsasən Ketta, Mastung, Nuşki, QvadarPasni kimi strateji bölgələrdə mülki şəxsləri hədəf aldığını bildirib.

Xatırladaq ki, hadisələr səhər saatlarında silsilə partlayışlar və intensiv atışmalarla başlayıb. Hazırda bölgədə terrorçuların qalıqlarının təmizlənməsi və cinayətkarların ədalət məhkəməsinə təslim edilməsi üçün axtarış-təhqiqat tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax