Əsas məzmuna keç

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70-ə çatıb

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70-ə çatıb

Qərbi Cava əyalətində baş verən təbii fəlakətdən sonra itkin düşən 10 nəfərin axtarışları davam etdirilir.

en ru

İndoneziyanın əyalətində baş verən nəticəsində insan itkilərinin sayı artmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Antara" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatları zamanı daha bir neçə nəfərin meyiti tapılıb.

Bandunq və Xilasetmə Ofisinin rəhbəri Ade Dian Permana bildirib ki, ümumilikdə 158 nəfərə təsir edib.

Onlardan 78-i xilas edilsə də, həyatını itirənlərin sayı 70-ə yüksəlib. Hazırda 10 nəfərin hələ də dağıntılar altında qaldığı ehtimal olunur.

Qeyd edək ki, hadisə yanvarın 24-də günlərlə davam edən intensiv yağışlardan sonra baş verib. Təxminən 230 sakin təhlükəsiz bölgələrdəki müvəqqəti sığınacaqlara təxliyə edilib. Bəzi yaşayış məntəqələri tamamilə torpaq qatının altında qalıb.

Rəsmilər bölgədə yeni torpaq sürüşmələri riskinin qaldığını və buna qarşı zəruri tədbirlərinin görüldüyünü vurğulayıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…