Əsas məzmuna keç

Çində dəhşətli torpaq sürüşməsi: Ölən və itkin düşənlər var

Çində dəhşətli torpaq sürüşməsi: Ölən və itkin düşənlər var

Çinin Zhejiang əyalətində güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi faciə ilə nəticələnib.

en ru

Çinin şərqində Zhejiang əyalətində intensiv yağışlar ciddi fəsadlara səbəb olub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yerli vaxtla səhər saat 06:30 radələrində Changxing şəhərində baş verib. nəticəsində yaşayış evlərindən biri tamamilə dağılıb.

Hadisə zamanı bir nəfərin həyatını itirdiyi təsdiqlənib. Daha üç nəfərin isə taleyi hələlik məlum deyil.

Hazırda ərazidə xilasedicilər tərəfindən genişmiqyaslı axtarış-xilasetmə işləri aparılır.

Çinin “Fövqəladə Halların İdarə Olunması Nazirliyi”nin məlumatına görə, iyul ayında ölkədə baş verən “Maysak”, “Bavi” və “Noul” tayfunları ciddi dağıntılara səbəb olub.

Təbii fəlakətlər nəticəsində ümumilikdə 318 nəfər ölüb və ya itkin düşüb. Ölkə iqtisadiyyatına dəyən birbaşa zərərin həcmi isə 8,5 milyard dolları .

Meteoroloqlar yaxın günlər üçün də xəbərdarlıq ediblər.

Proqnozlara görə, bu gündən bazar gününə qədər Çinin şərq və cənub-şərq bölgələrində yağıntıların daha da güclənəcəyi gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…