Pakistanın Xeybər-Paxtunxva və Pəncab əyalətlərində leysan yağışları və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, iyulun 19-dan etibarən musson mövsümü ilə əlaqədar Xeybər-Paxtunxva, Pəncab və Gilgit-Baltistan bölgəsində yağan güclü yağışlar ani daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Rəsmilər bildiriblər ki, sel, ildırım vurması və elektrik cərəyanı vurması kimi güclü yağışlarla əlaqəli hadisələr nəticəsində Xeybər-Paxtunxvada 20, Pəncabda isə 17 nəfər həlak olub. Bununla da ölkə üzrə leysan yağışları ilə bağlı hadisələrdə ölənlərin sayı 37-yə çatıb.
Digər tərəfdən, Gilgit-Baltistan və Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir bölgələrində güclü yağışların yaratdığı sel və torpaq sürüşmələri əkin sahələrinə və yerli sakinlərin evlərinə ciddi ziyan vurub.
Pakistanda ölənlərin sayı 37-yə çatdı