Operativ Məlumat Mərkəzi

Daha iki partiya üzv siyahısını yenidən Nazirliyə təqdim edib

1 dəq
Paylaş:
Daha iki partiya üzv siyahısını  yenidən Nazirliyə təqdim edib
bunu partiyanın sədri İlqar Məmmədov bildirib. "Əvvəlki siyahımızda olanların çoxunun məlumatları elə əvvəldən düz idi, digərlərinə isə düzəlişlər etdik....

"Dünən REAL partiyasının yenilənmiş reyestri (5401 nəfər) Ədliyyə Nazirliyinə çatdı".

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu partiyanın sədri İlqar Məmmədov bildirib.

"Əvvəlki siyahımızda olanların çoxunun məlumatları elə əvvəldən düz idi, digərlərinə isə düzəlişlər etdik. Üstəgəl yeni qeydiyyatdan keçmiş üzvlər də əlavə olundu. 30 gün ərzində müsbət cavab alsaq, ondan sonrakı 90 gün ərzində yeni qanunda nəzərdə tutulduğu üçün qurultay keçirməliyik", - o qeyd edib.

Bundan başqa, Müsavat partiyası da üzv siyahısını yenidən Nazirliyə göndərib.

Partiya sədri Arif Hacılı qeyd edib ki, əvvəki siyahıya nəzərən daha 1000 üzvümüzün adını siyahıya daxil etmişik.

Qeyd edək ki, hazırda qeydiyyatdan keçən yeganə partiya YAP-dır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər