Operativ Məlumat Mərkəzi

Daha bir ştat Trampı prezidentlik praymerizindən kənarda qoyur

1 dəq
Paylaş:
Daha bir ştat Trampı prezidentlik praymerizindən kənarda qoyur
bu barədə Men ştatının dövlət katibi açıqlama verib. Açıqlamada Trampın 6 yanvar 2021-ci ildə Konqres basqınındakı roluna görə ştatda prezidentlik...

ABŞ-da 2024-cü il prezident seçkiləri yaxınlaşdıqca, Koloradodan sonra Men ştatı Donald Trampın Respublikaçılar Partiyasının praymerizində iştirak edə bilməyəcəyinə qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Men ştatının dövlət katibi açıqlama verib.

Açıqlamada Trampın 6 yanvar 2021-ci ildə Konqres basqınındakı roluna görə ştatda prezidentlik yarışına qatıla bilməyəcəyinə qərar verildiyi bildirilib.

Xatırladaq ki, ABŞ-nin Kolorado ştatının Ali Məhkəməsi dekabrın 20-də verdiyi bəyanatda keçmiş prezident Trampın yanvarın 6-da Konqresə basqın zamanı üsyan törətdiyinə görə bu ştatda prezident seçkilərində iştirak edə bilməyəcəyinə qərar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər