Operativ Məlumat Mərkəzi

Dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatır - FAKTİKİ HAVA - YENİLƏNİB

2 dəq
Paylaş:
Dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatır - FAKTİKİ HAVA - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında və Qobustanda 20 m/s, Laçında 21 m/s, Goranboyda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Kəlbəcər, Şabranda 17 m/s, Zəngilan, Şəkidə 15 m/s, Oğuzda 14 m/s, Mingəçevirdə 13 m/s-yə çatıb.

Bu, sarı xəbərdarlığa uyğundur.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır.

***

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən, yağmursuz keçib, bəzi yerlərdə güclü qərb küləyi əsib.

Milli Hidrometrologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s olub. Bu narıncı xəbərdarlığa uyğundur.

Küləyin sürəti Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib. Bu isə sarı xəbərdarlığa uyğundur.

Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər