Çinin Şulan şəhərində güclü yağışlardan sonra daşqınlar baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" yerli mediaya istinadən xəbər verir ki, 14 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.
Çox sayda insan evlərindən təxliyə edilib.
Qeyd olunub ki, infrastruktura böyük ziyan dəyib və hadisə yerinə vertolyotlarla yardım göndərilib.