Tacikistanın Xatlon vilayətində yerləşən Kulyab şəhərində yük maşınının iştirakı ilə baş verən qəza nəticəsində azı 10 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsi məlumat yayıb.
"Hadisə nəticəsində 10 vətəndaş ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib", - deyə komitə bildirib.