Pakistanın Nəvabşah şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Pakistan Dəmir Yolları naziri Xavaca Saad Rafik məlumat verib.
Onun verdiyi məlumata əsasən, hadisə zamanı 30 sərnişin ölüb, 50 nəfər isə yaralanıb.
Qəzanın "texniki nasazlıq" və ya "təxribat" nəticəsində baş verə biləcəyini qeyd edən qurum rəsmisi, yaralıların yaxınlıqdakı xəstəxanalara aparıldığını bildirib.