Nigeriya çevrilişin baş verdiyi Nigerlə bütün sərhədlərini bağladığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya rəsmisi məlumat verib.
Belə ki, Nigeriya Gömrük Xidmətinin (NCS) Baş Nəzarətçisi vəzifəsini icra edən Bashir Adevale çevriliş səbəbiylə Niger ilə bütün sərhədlərin bağladığını bildirib. Adevale, bu qərarın Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) əmrinə uyğun olaraq qəbul olunduğunu qeyd edib.
Xatırladaq ki, birliyinin Prezidenti Bola Əhməd Tinubu da ECOWAS-ın Nigerlə sərhədlərini bağlanmasını əmr edib.