Əsas məzmuna keç

Qərbi Afrikada təbii fəlakət: Fildişi Sahili və Qanada sel faciəsi

Qərbi Afrikada təbii fəlakət: Fildişi Sahili və Qanada sel faciəsi

Güclü yağışlar nəticəsində baş verən daşqınlar onlarla insanın həyatına son qoyub, axtarış-xilasetmə işləri davam edir.

en ru

Qərbi Afrikada fəlakəti onlarla insanın həyatına son qoyub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qərbi ölkələri olan Sahili və Qanada leysan yağışlarının səbəb olduğu sel fəlakəti nəticəsində onlarla insan həlak olub.

Məlumata görə, Fildişi Sahilində şənbə günündən yağan aramsız yağışlar nəticəsində 59 nəfər ölüb. Hökumət sözçüsü Amadou Coulibaly axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və ölənlərin sayının arta biləcəyini bildirib.

Bildirilir ki, ölkənin Milli Uyum, Həmrəylik və Yoxsulluqla Mübarizə naziri Myss Belmonde Dogo faciənin əsasən iqtisadi paytaxt Abidjanın Attecoube və Yopougon rayonlarında baş verdiyini açıqlayıb.

Qonşu Qanada isə güclü daşqınlar nəticəsində azı 12 nəfər həyatını itirib. Sel suları paytaxt Akra və Tema şəhəri arasında əlaqəsini kəsib, yollar və yaşayış evləri ciddi zərər görüb.

Milli Yanğınsöndürmə Xidmətinin sözçüsü Alex King Nartey xilasedicilərin əraziyə girişdə çətinliklərlə üzləşdiyini, bu səbəbdən ordu qüvvələrinin də əməliyyatlara cəlb edildiyini bildirib.

Qeyd edək ki, Qana Meteorologiya İdarəsi yaxın günlərdə yağıntıların daha da güclənəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…