Əsas məzmuna keç

ABŞ-də silahlı hücum: Çox sayda yaralı var

ABŞ-də silahlı hücum: Çox sayda yaralı var

Oklahomada gənclərin iştirak etdiyi ziyafətdə baş verən atışma nəticəsində ən azı 10 nəfər xəstəxanaya yerləşdirilib.

en ru

ABŞ-nin Oklahoma ştatında kütləvi silahlı hücum qeydə alınıb. İnsident nəticəsində onlarla insanın xəsarət aldığı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli polisə istinadən xəbər verir ki, atışma yerli vaxtla saat 21:00 radələrində Arkadiya gölü yaxınlığında baş verib.

Hüquq-mühafizə orqanlarına ərazidən atəş səsləri ilə bağlı çox sayda daxil olub.

Məlum olub ki, silahlı hücum gənclərin toplaşdığı əyləncə məclisi zamanı həyata keçirilib.

İlkin ehtimallara görə, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan ən azı 10 nəfər təcili olaraq xəstəxanaya çatdırılıb.

Hazırda ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və cinayətkarların axtarışını davam etdirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…