Əsas məzmuna keç

Yohannesburqda kütləvi atışma: 12 ölü, 9 yaralı

Yohannesburqda kütləvi atışma: 12 ölü, 9 yaralı

Cənubi Afrika Respublikasının ən böyük şəhəri olan Yohannesburqda baş verən silahlı insident nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb.

ru en

Respublikasının şəhərində dəhşətli hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mediaya istinadən xəbər verir ki, naməlum şəxslərin açdığı atəş nəticəsində azı 12 nəfər həyatını itirib.

Hadisə zamanı daha 9 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hazırda polis insidentin başvermə səbəblərini və cinayətkarların şəxsiyyətini müəyyənləşdirmək istiqamətində intensiv araşdırmalara başlayıb.

Faktla bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…