Əsas məzmuna keç

Çində qatarın insanlara çırpılması nəticəsində on bir nəfər həlak olub

Çində qatarın insanlara çırpılması nəticəsində on bir nəfər həlak olub

Çinin cənubundakı Kunmin əyalətində qatarın seysmik sınaq cihazı ilə toqquşması nəticəsində on bir nəfər həlak olub, iki nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kunmin Dəmir Yolu Administrasiyası açıqlama verib.

Bildirilir ki, hadisə bu səhər Luoyangzhen stansiyasındakı relslərdə baş verib. Qatar əyri yolda hərəkət edərkən bir qrup tikinti işçisinə çırpılıb.

Müstəntiqlər hadisənin təfərrüatlarını araşdırırlar. Yaralılar xəstəxanaya aparılıb. Stansiyada xidmət bərpa edilib.

Qatar cədvəli

18:50 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…