Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər tutulub

2 dəq
Paylaş:
Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər tutulub

Mayın 2-də və 3-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 49, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 31 müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirləri ilə ümumi çəkisi 7,3 kiloqrama yaxın aşkar olunaraq götürülüb.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 tüfəng və 13 ədəd patron aşkar olunaraq götürülüb.

törətməkdə şübhəli 72 nəfər saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax