Əsas məzmuna keç

Narkotik dövriyyəsinə görə 33 əcnəbi məsuliyyətə cəlb edildi

Narkotik dövriyyəsinə görə 33 əcnəbi məsuliyyətə cəlb edildi

Daxili İşlər Nazirliyi hesabat dövründə aşkar olunan cinayət faktları ilə bağlı məlumat yayıb. Görəsən, saxlanılan xarici vətəndaşlar hansı ölkələrdəndir?

en ru

İlin ilk 7 ayında (yanvar-iyul) narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3282 nəfər məsuliyyətinə cəlb edilib, onlardan 33-ü xarici ölkə vətəndaşıdır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Məsuliyyətə cəlb edilənlərdən 3188-i kişi, 94-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 33 nəfəri xarici ölkə vətəndaşıdır. 2025-ci ilin yanvar-iyul ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində həmin vətəndaşların sayı 31 nəfər azalıb.

Həmçinin məsuliyyətə cəlb edilmiş 33 xarici ölkə vətəndaşından ümumilikdə 385 kq 433,185 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.

Məlumatda diqqətə çatdırılıb ki, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 606 kq 095,682 qr və 20 930 ədəd həb metadon çıxarılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…