Əsas məzmuna keç

Çin yeni nəsil dəniz müşahidə peykini orbitə çıxarıb

Çin yeni nəsil dəniz müşahidə peykini orbitə çıxarıb

Çin dəniz dinamikasını izləmək üçün nəzərdə tutulan "Haiyang-2E" peykini uğurla kosmosa göndərib.

en ru

Çin "Haiyang-2E" peykini orbitə buraxıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Çin mühitinin vəziyyətini izləmək üçün nəzərdə "Haiyang-2E" peykini uğurla orbitə çıxarıb.

Məlumata görə, bu gün səhər saatlarında ölkənin şimal-qərbində Jiuquan Peyk Fırlatma Mərkəzindən "Uzun Yürüyüş-4B" (Long March-4B) daşıyıcı raketi ilə kosmosa göndərilib və planlaşdırılan orbitə yerləşdirilib.

Bildirilir ki, "Haiyang-2E" dəniz səthinin vəziyyətini və su hövzələrində baş verən dinamik dəyişiklikləri izləyəcək. Peykdən əldə olunacaq məlumatların elmi tədqiqatlar, dəniz mühitinin monitorinqi və təhlükəsizlik sahəsində istifadə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu buraxılış "Uzun Yürüyüş" raket ailəsinin tarixində 654-cü missiya olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…