Əsas məzmuna keç

Çilidə qaz tankeri partladı: Ölənlər və yaralılar var

Çilidə qaz tankeri partladı: Ölənlər və yaralılar var

Çilinin paytaxtı Santyaqo yaxınlığında maye qaz daşıyan tankerin qəzaya uğraması nəticəsində güclü partlayış baş verib.

en ru

Çilinin şəhərinə bağlı Renca rayonu ərazisindən keçən "General Velasquez" magistral yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qaz daşıyan tankerin idarəetmədən çıxaraq aşması və digər vasitələrinə çırpılması nəticəsində güclü qeydə alınıb.

Partlayış nəticəsində 4 nəfər hadisə yerində dünyasını dəyişib. Ümumilikdə 17 nəfər xəsarət alıb.

Partlayışın təsiri ilə magistral yoldakı 7 alovlanaraq tamamilə yanıb.

Hadisə yerinə dərhal çox sayda yanğınsöndürən və xilasetmə briqadaları cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində magistral yol hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma başladılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…