Əsas məzmuna keç

Cəzaçəkmə müəssisəsində narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsində narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Penitensiar Xidmətin əməkdaşları qadağan olunmuş maddələrin ötürülməsi cəhdinin qarşısını alıb. Saxlanılan şəxs və gizlədilən vasitə ilə bağlı təfərrüatlar.

en ru

Ədliyyə Nazirliyinin xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…