Əsas məzmuna keç

Cərimələr artıq maaşdan tutulacaq

Cərimələr artıq maaşdan tutulacaq

Milli Məclis Cəzaların İcrası Məcəlləsinə dəyişikliyi təsdiqlədi. Artıq borclar üçün mülkiyyət deyil, qazanc hədəf alınacaq. Yeni qaydalar nələri dəyişir?

en ru

məhkumların cərimə ödənişləri ilə bağlı mühüm qərar qəbul edib: cərimə vaxtında ödənilmədikdə, məbləğ artıq əmlakdan deyil, ilk növbədə vətəndaşın əməkhaqqından tutulacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Cəzaların İcrası Məcəlləsinə edilən bu dəyişiklik parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.

Köhnə qayda niyə ləğv edildi?

Qüvvədə olan qanunvericiliyə əsasən, indiyədək cərimə ödənilmədikdə icra mexanizmi fərqli işləyirdi. Əvvəlcə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya payına, yalnız bu etmədikdə maaşına yönəldilirdi.

Lakin bu yanaşma təcrübədə icra prosesini ləngidirdi. Xüsusilə kiçik məbləğli cərimələrə görə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olurdu.

Yeni mexanizm: Cərimələr necə tutulacaq?

Qəbul edilən sənəd icra prosesinin operativliyini artırmağı hədəfləyir. Əsas məqsəd cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulması və satış zərurətini minimuma endirməkdir.

Dəyişikliyə əsasən, məhkum cəriməni vaxtında ödəmədikdə, məhkəmənin hökmü ilə icra prosesi başlayır. Bu zaman cərimə prioritet olaraq məhkumun əməkhaqqına və ya digər qazancına yönəldiləcək.

Məhkumun rəsmi gəliri olmadıqda və ya cəriməni ödəməyə kifayət etmədikdə isə mexanizm dəyişir. Yalnız bu halda məhkumun mülkiyyətinə yönəldiləcək və "İcra haqqında" qanunun müvafiq müddəaları tətbiq olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…