Əsas məzmuna keç

Cənubi Koreyada doğum səviyyəsi artıb

Cənubi Koreyada doğum səviyyəsi artıb

2025-ci ildə yeni doğulan körpə sayında 6,8% yüksəliş qeydə alınıb. 0,8-lik artım əmsalı son 15 ilin rekordu olsa da, demoqrafik böhran bitibmi? Detallar mətndə.

en ru

Cənubi Koreyada 2025-ci ildə qeydə alınan səviyyəsi 2010-cu ildən bəri illik əsasda ən sürətli artımı göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ötən il 254 min 500 dünyaya gəlib və bu göstərici 2024-cü illə müqayisədə 16 min 100 nəfərlik artım deməkdir.

Yeni doğulanların sayında 6,8 faizlik 2010-cu ildən bəri qeydə alınan ən sürətli illik artım kimi tarixə düşüb.

Bu göstəricilər son iki ildə doğum səviyyəsində müşahidə olunan artım tendensiyasının davam etdiyini göstərir.

Digər tərəfdən, ölkədə ümumi artım əmsalı 2024-cü illə müqayisədə 0,05 artaraq 0,8-ə çatıb. Beləliklə, artım göstəricisi son 4 ilin ən yüksək səviyyəsinə yenidən yüksəlib.

Məlumatlar həmçinin göstərir ki, 2025-ci ildə ölüm sayı illik əsasda 1,3 faiz artaraq 363 min 400 nəfərə çatıb və bu da 110 min nəfərlik təbii əhali azalmasına səbəb olub.

Qeyd edək ki, 2023-cü ildə 0,72 göstərici ilə dünyada ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdə qərarlaşmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…