Cənubi Koreya polisi prezidentin təhlükəsizlik departamentinin direktoru vəzifəsini icra edən Kim Sung Hoonu həbs edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Kim Sung Hoon dindirilmək üçün Seuldakı Milli İstintaq Agentliyinin qərargahına getdikdən sonra saxlanılıb.
Kəşfiyyat idarəsinin direktoru vəzifəsini icra edən şəxs yanvarın 3-də prezidentin həbsinə ilk cəhddən sonra üç dəfə dindirilməyə gəlməyib və bu, həbs qərarı üçün əsas olub.
Kim Sung Hoon öz vəzifələrini yerinə yetirərkən hakimiyyət orqanlarına mane olmaqda şübhəli bilinir.