“Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Rahim Sterlinq İngiltərənin daha bir top-klubunun maraq dairəsinə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Arsenal" futbolçunu transfer etməkdə maraqlıdır.
"Topçular"ın baş məşqçisi Mikel Arteta, komandanın aparıcı qanad oyunçusu Bukayo Saka üzərindəki təzyiqi bir qədər azaltmaq üçün Sterlinqi almaq istəyir.
Ötən mövsüm Sterlinq 43 oyun keçirib, on qol vurub və 8 məhsuldar ötürmə edib.