“Mançester Siti”nin müdafiəçisi Abduqodir Xusanovun klubunu dəyişmək ehtimalı yaranıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, özbəkistanlı futbolçunun transferində Londonun “Çelsi” klubu maraqlıdır.
Qeyd olunur ki, Xusanov təklifləri nəzərdən keçirməyə hazırdır. Buna səbəb onun “şəhərlilər”in yeni baş məşqçisi Enso Mareskanın rəhbərliyi altında əsas mövqeyindən kənarda çıxış etməsidir.
Xusanovla maraqlanan klublar
“Çelsi”dən başqa İngiltərə Premyer Liqasının daha üç klubu da Xusanovu izləyir. Konkret klubların adları açıqlanmayıb.
Futbolçunun statistikası
“Mançester Siti” 22 yaşlı müdafiəçini 2025-ci ilin əvvəlində Fransanın “Lans” klubundan 40 milyon avroya transfer edib.
Xusanov yeni mövsümdə bütün turnirlər nəzərə alınmaqla altı oyunda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.