Çempionlar Liqasının növbəti mövsümü "Çelsi"siz baş tutacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın 33-cü turunda səfərdə "Brentford"a uduzan (0:2) Frenk Lempardın komandası ilk 4-lükdə yer almaq şansını itirib.
"Mavilər" hazırda 32 oyundan 39 xalla 11-ci yerdədir. Dördüncü pillədə qərarlaşan “Mançester Yunayted” 30 matçda 59 xal toplayıb.