Çəkilişləri Ermənistanda, Zəngəzur bölgəsində aparılan sənədli film hazırlanıb

Çəkilişləri Ermənistanda, Zəngəzur bölgəsində aparılan sənədli film hazırlanıb
20.02.2024 12:12
Aa
dəq

CBC telekanalı Ermənistanda, Qərbi Azərbaycanın Zəngəzur bölgəsində çəkilişləri aparılan “Buğakar ziyarətgahı” adlı sənədli film hazırlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, film Qərbi Azərbaycanda, müasir Ermənistan ərazisində yaşamış və irsləri məhv olunan azərbaycanlıların tarixinin az öyrənilən səhifələrinə həsr olunub. Lentin əsasında İrəvanda və Zəngəzurun kəndlərində çətin şəraitdə aparılan çəkilişlər dayanır.

Nəticədə CBC-nin çəkiliş qrupu yerli sakinlərin köməyi ilə qədim Azərbaycan ziyarətgahı olan Buğakarın izlərini aşkar edərək Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni abidələrin dağıdılmasına dair sübutları qeydə alıb.

Filmin baş prodüseri CBC teleradio şirkətinin baş direktoru Vüqar Xəlilovdur.

Filmdə azərbaycanlıların mədəni-tarixi irsinin dağıdılması və gizlədilməsinin davam etdiyi İrəvanın kadrları təqdim olunur. Kinoxronikalar göstərilir və əvvəllər azərbaycanlılara məxsus torpaqlara xaricdən ermənilərin köçürülməsi barədə məlumatlar verilir.

Çəkiliş qrupu bir vaxtlar azərbaycanlıların yaşadıqları kənddə olub və indiki sakinindən müsahibə alıb. O, bu torpaqların əslən azərbaycanlılara məxsus olduğunu etiraf edib.

Bundan əlavə, filmdə Zəngəzurda dağıdılmış Buğakar ziyarətgahının dronla lentə alınmış unikal kadrları yer alıb.

Qeyd edək ki, filmin müəllifləri Fransa və ABŞ-nin Ermənistandakı səfirlikləri daxil olmaqla, müxtəlif səfirliklərə müraciət ediblər. Müraciətin məqsədi həmin səfirlik əməkdaşlarının Buğakar ziyarətgahını ziyarət edib-etməmələri və onun ermənilər tərəfindən dağıdılması barədə onlarda məlumatın olub-olmaması haqqında informasiya almaqdır. Müəlliflər dünya ictimaiyyətinin diqqətini azərbaycanlıların mədəni irsinin qorunub saxlanmasının və regionun obyektiv tarixi mənzərəsinin bərpasının əhəmiyyətinə cəlb etməyi qarşılarına məqsəd qoyublar.

Filmi bu linkdən izləyə bilərsiniz:

Həftənin ən çox oxunanları

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan təmsilçisinin Avroviziyada ifa edəcəyi mahnı təqdim olunub

Azərbaycan təmsilçisinin Avroviziyada ifa edəcəyi mahnı təqdim olunub
DAVAMIN OXU davamın oxu

Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq

Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq
DAVAMIN OXU davamın oxu

Çingiz Abdullayevin son durumu AÇIQLANDI

Çingiz Abdullayevin son durumu AÇIQLANDI
DAVAMIN OXU davamın oxu

ABŞ səfiri: “Atəşgah” və “Yanardağ”ı ziyarət etməkdən gözəl nə ola bilər?

ABŞ səfiri: “Atəşgah” və “Yanardağ”ı ziyarət etməkdən gözəl nə ola bilər?
DAVAMIN OXU davamın oxu