Əsas məzmuna keç

Cəbrayıl şəhəri və Soltanlı kəndində səsvermə start götürüb - FOTO

Cəbrayıl şəhəri və Soltanlı kəndində səsvermə start götürüb - FOTO

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Cəbrayıl şəhərində və Soltanlı kəndində seçicilərin səs verməsi üçün məntəqələr...

Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı şəhərində və Soltanlı kəndində seçicilərin səs verməsi üçün məntəqələr fəaliyyət göstərir. Səhər saatlarından başlayaraq seçicilərin yüksək əhvali-ruhiyyə ilə aktivliyi müşahidə edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, işğaldan azad olunan Cəbrayılda çalışan işçilərin səsvermədə iştirakı üçün iki məntəqəsi fəaliyyət göstərir. Onlardan biri - 80 seçki məntəqəsi Cəbrayıl şəhəri ərazisində, 81 saylı məntəqə isə rayonun Soltanlı kəndi ərazisindədir.

Dairənin əhatə etdiyi 82 seçki məntəqəsi üzrə 54486 seçici qeydə alınıb ki, onlardan da səsvermədə ilk dəfə iştirak etmək hüququ olanların sayı 570 nəfərdir. İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla dairə üzrə bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi avadanlıqları ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst ifadə etmələri üçün kabinələr quraşdırılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…