Operativ Məlumat Mərkəzi

Çanaqqalada meşə yanğınları davam edir

1 dəq
Paylaş:
Çanaqqalada meşə yanğınları davam edir
son məlumatlara görə, artıq Yunanıstanla sərhəddə yerləşən 9 kənd boşaldılıb. Yanğın ümumilikdə 1500 ha ərazini əhatə edir. Ölkənin səhiyyə naziri...

Türkiyənin Çanaqqala vilayətində meşə yanğını ilə mübarizə davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, artıq Yunanıstanla sərhəddə yerləşən 9 kənd boşaldılıb.

Yanğın ümumilikdə 1500 ha ərazini əhatə edir.

Ölkənin səhiyyə naziri Fəxrəddin Qoca Çanaqqalada yanğın nəticəsində ümumilikdə 83 nəfərin zərər çəkdiyini açıqlayıb.

Nazir qeyd edib ki, zərərçəkənlərdən 14-ü hadisə yerinə təyin edilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb, 48 nəfər isə ambulator xəstəxanalara yerləşdirilib.

Bundan başqa, 21 nəfərin təcili yardım maşınları ilə ambulator müayinəsi aparılıb.

Qeyd edək ki, hadisə bölgəsinə 8 təyyarə, 26 helikopter, 71 su tankeri və 328 ədəd digər vasitələr cəlb edilb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər