II Şuşa Qlobal Media Forumunun önəmi, verilən mesajlar - AÇIQLAMA

II Şuşa Qlobal Media Forumunun önəmi, verilən mesajlar - AÇIQLAMA
22.07.2024 15:15
Aa
dəq

Şuşada keçirilən II Qlobal Media Forumu məqsədi ondan ibarətdir ki, Azərbaycan nəinki özünə qarşı, ümumiyətlə bütün dövlətlərə, xalqlara qarşı yayılan, qərəzli informasiyaları işfa edilməsinə, dezinformasiyaya qarşı mübarizə aparılması üçün istənilən platformanı, söhbətləri, dəyirmi masaları təklif etməyə hazırdır. Bu da, həmin təkliflərdən biri olaraq gerçəkləşir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib.

“Prezidentimiz qeyd etdi ki, bu təkcə bizim ölkəmizdə baş vermir. Bəzi güc dairələri və dövlət başçıları bəzi xalqlar, dövlətlər və siyasi liderlər haqqında feyk məlumatlar yayılır.

Məsələn, Prezidentimiz misal çəkdi ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp özü "The Washington Post"u və "The New York Times"ı ifşa etmişdi ki, onlar məqsədyönlü və sifarişlə “fake news” yayan mətbu orqanlarıdır”,- deyə deputat bildirib.

Millət vəkili qeyd edib ki, bunlar cəmiyyətdə və dünyada böyük təhlükələr yarada bilən bir istiqamətdir, davranışdır və buna qarşı mübarizə aparmaq lazımdır.

"Eyni zamanda Fransa dövlətinin indiki siyasi rəhbərliyi, o cümlədən Makronun bu yolu tutması və onun sifarişi əsasında Fransanın iki böyük mətbu orqanının dezinformasiyalar yayması və ya xalqlar arasında düşmənçiliyi dərinləşdirməsi və Azərbaycanı bu gün öz ərazi bütövlüyünü və suverenliyini  təmin etməsinə qarşı təxribatlara rəvac verməsi, sülhün bağlanmasına hər cür mane olması, eyni zamanda da Ermənistanı silahlandırması yenə də dolayısı ilə Azərbaycana qarşı qarayaxmalar, feyk informasiyaların yayılmasına xidmət edir. Məqsəd də ondan ibarətdir ki, guya Azərbaycan Ermənistana hücum edəcəkdir və biz onu buna görə də silahlandırırıq".

“Mina terroru davam edir. Bunları ifşa etmək, həll etmək əvəzinə Fransa yalan məlumatları Qafqazdakı əsas gücə, iqtisadi potensiala malik olan və dünyada söz sahibinə çevrilmiş Azərbaycana təzyiq göstərmək və özünə tabe etdirmək istəyir. Bu isə mümkün olan bir şey deyil.

“Bu gün Azərbaycan artıq yeni bir transformasiyanın güclü aktorlarından biridir. Dünyada yeni bir güc mərkəzi  olan "Türk Dövlətlər Təşkilatı" formalaşır. Artıq "Türk Dövlətləri Təşkilatı" Qərblə Şərq arasında çox mühüm əhəmiyyətə malik olan həm enerji baxımdan, həm iqtisadi baxımdan, həm siyasi baxımdan, həm də logistika baxımından güc mərkəzidir. Və bu təsisatın yaradılmasında da əsas məqsədlərdən biri xalqlar arasında əməkdaşlığı, dostluğu möhkəmləndirmək, sülhü, əmin-amanlığı təmin etmək, həqiqəti söyləmək, eyni zamanda səmimi bərabərhüquqlu əməkdaşlığı təmin etməkdir”, - deyə millət vəkili sonlandırıb.

Aminə Nəzərova

Millət vəkili Bəxtiyar Əliyev: “Təhsilalanların 90 faizi ödənişsiz təhsil  ala biləcək” - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu