Əsas məzmuna keç

Vüqar Bayramov: Azərbaycanın güclənməsi anti-milli ünsürləri narahat edir

Vüqar Bayramov: Azərbaycanın güclənməsi anti-milli ünsürləri narahat edir

Deputat Vüqar Bayramov Vaşinqton və Münhendəki təxribatları şərh etdi. Ölkəmizin artan nüfuzu xarici qüvvələri niyə təşvişə salır? Sarsılmaz birliyimiz barədə ətraflı:

en ru

"Son vaxtlar xaricdə yaşayan anti-milli ünsürlərin fəallaşmağa cəhd göstərməsi, əlehinə qərəzli tədbirlər təşkil etməyə və şüarlar səsləndirməyə cəhd göstərməsi müşahidə olunur".

Bu fikirləri “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında millət vəkili bildirib.

Onun sözlərinə görə, Azərbaycan gücləndikcə, geo-siyasi mövqeyi möhkəmləndikcə xaricdə yaşayan bəzi anti-azərbaycanlı ünsürlər daha da aqressivləşirlər.

"Vaşinqtonda və daha öncə Münhendə anti-milli ünsürlərin hərəkətləri bir daha təsdiq edir ki, Azərbaycanın güclənməsi və ölkəmizin regionda formalaşdırdığı düzən xaricdən maliyyələşən bəzi anti-milli ünsürləri edir".

O əlavə edib ki, Azərbaycan güclü olmaqla yanaşı, xalq-iqtidar birliyi də möhkəm və sarsılmazdır və belə marjinal qrupların davranışları nəinki bu birliyə, nə də Azərbaycanın gücünə təsir edə bilməz.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…