Əsas məzmuna keç

İlham Əliyevin Gürcüstan səfəri: İqtisadi əlaqələr yeni mərhələdə

İlham Əliyevin Gürcüstan səfəri: İqtisadi əlaqələr yeni mərhələdə

Prezident İlham Əliyevin Tbilisiyə səfəri Orta Dəhliz və ekoloji resursların ixracında yeni dövr açır. Vüqar Bayramov mühüm iqtisadi hədəfləri və rəqəmləri şərh etdi.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Xəbər verdiyimiz kimi, bu gün Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda dövlət səfərində olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında bölüşən Mİlli Məclisin deputatı Vüqar qeyd edib ki, İlham Əliyevin Gürcüstana reallaşan dövlət səfəri və burada keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasındakı strateji tərəfdaşlığın iqtisadi miqyasını yeni mərhələyə daşıyıb.

Millət vəkili Vüqar Bayramov səfərin iqtisadi nəticələrini və region üçün əhəmiyyətini şərh edərək bildirib ki, Bakı və Tbilisi arasındakı əlaqələr artıq qlobal layihələrin icra mərkəzinə çevrilməkdədir.

photo_319291.webp?v=MjE6MDkyMDI2LTAzLTE4IDE4OjUxOjEx

Ticarət dövriyyəsində 544 milyon dollarlıq müsbət saldo

Deputat qeyd edib ki, 2025-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 9 faiz artaraq 881.4 milyon dollara çatıb. Bu rəqəmlərin strukturuna diqqət çəkən V.Bayramov Azərbaycanın xarici ticarətdəki üstünlüyünü vurğulayıb:

"Ümumi dövriyyənin 712.7 milyon dolları Azərbaycandan Gürcüstana ixracın, 168.7 milyon dolları isə idxalın payına düşür. Bu o deməkdir ki, Azərbaycan qarşılıqlı ticarətdə 544 milyon dollarlıq müsbət saldoya malikdir".

qovşağı və "Yaşıl " ixracı

Orta Dəhlizin cəlbediciliyinin artması ilə hər iki ölkənin beynəlxalq yükdaşımalarda strateji əhəmiyyətinin yüksəldiyini deyən millət vəkili, əsas hədəflərdən birinin bərpa olunan enerji sahəsi olduğunu bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Buxarestdə imzalanmış dördtərəfli saziş Azərbaycan və Gürcüstanın Avropaya "yaşıl enerji" körpüsü salmasına imkan yaradıb:

"2027-ci ildən sonra istehsal olunacaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi məhz ixrac üçün nəzərdə tutulur. Bu, regionun enerji xəritəsini yenidən formalaşdıracaq".

Sülhün iqtisadi təməli

Vüqar Bayramov əlavə edib ki, iqtisadiyyatın müxtəlif sahələrində dərinləşən bu əməkdaşlıq təkcə rifah göstəricisi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün qorunması üçün ən vacib şərtlərdən biridir. Strateji iqtisadi bağlar regionda təhlükəsizlik mühitini daha da möhkəmləndirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…