Azərbaycan-İran əlaqələri bundan sonra necə olacaq?

Azərbaycan-İran əlaqələri bundan sonra necə olacaq?
22.07.2024 12:58
Aa
dəq

Xəbər verdiyimiz kimi, İranda keçirilən seçkilərdə islahatçı nümayəndə Məsud Pezeşkian qalib gəlib.

Amma onun İranda islahatçı nümayəndə olaraq qalib gəlməsi bir sıra suallar doğurur. İran rejimi və islahatçı prezident qarşı-qarşıyadır. Pezeşkianın qalib gəlməsi İrandakı dəyişikliklərin səbəbidir, yoxsa nəticəsi? Məsud Pezeşkian teokratik sistemlə toqquşacaqmı? Azərbaycan-İran əlaqələri hansı yöndə inkişaf edəcək?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan siyasi şərhçi Səddrəddin Soltanın sözlərinə görə, İranda Məsud Pezeşkianın qalib gəlməsi, elə də ciddi dəyişiklik deyil: 

“Ona görə bunu nə səbəb, nə də nəticə adlandırmaq hələ tezdir. Çünki o, islahatçı bir prezidentdir və İranda Məsud Pezeşkiandan əvvəl üç islahatçı prezident olub. Bu baxımdan islahatçının prezident olması İran üçün dəyişiklik sayılmır. Bu, mövcud rejimin törəməsidir. Məsud Pezeşkian Ayətullah Seyid Əli Xameneinin tərəfdarı olub. Onun mövcud rejimlə toqquşması isə mümkün deyil”.

İran Prezidentinin andiçmə mərasimi bu tarixdə keçirilə bilər

S.Soltan deyir ki, o, dəfələrlə çıxışında bildirib ki, Ayətullah Seyid Əli Xameneinə seçildiyinə görə təşəkkür edir. Eləcə də onun irəli sürdüyü tezislər və açıqlamalar özündən əvvəlki 13-cü hökümətin, yəni İbrahim Rəisi proqramının davamıdır. Bu baxımdan onun teokratik sistemi ilə toqquşacağı ehtimalı sıfırdır. İranda xarici və daxili siyasət kursunu yenidən təyin edən ölkənin Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinidir. Məsud Pezeşkian və ya hər hansı başqa prezident yalnız və yalnız bu siyasi kursu həyata keçirən ali icraçılardı. Bu baxımdan Məsud Pezeşkianın İranın xarici siyasi kursunda Xameneinin tapşırığı, göstərişi olmadan hər hansı dəyişiklik etmək səlahiyyəti yoxdur. Yalnız və yalnız Xameneinin tapşırıqlarını icra edən qurumun başçısıdır. 

İlham Əliyev və İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər

Sədrəddin Soltan Azərbaycan-İran əlaqələrindən də söz açdı.

“Azərbaycan-İran əlaqələri də necə olubsa, o şəkildə davam edəcək. İbrahim Rəisinin prezidentliyi dövründə Azərbaycan-İran əlaqələri düzəlməyə və normallaşmağa doğru gedirdi. Səfirliyin açılması, səfirliyin binasının yenilənməsi ilə bağlı məlumatlar bir neçə ay əvvəlin, yəni prezident seçkisindən əvvəlki ayların qərarıdır. Buna İbrahim Rəisi həlak olmazdan əvvəl qərar verilib. İbrahim Rəisinin dövründə Azərbaycan-İran münasibətləri necə olmuşdusa, elə də olacaq. Sadəcə olaraq burada Pezeşkian bir sıra məsələrdə Xameneinin taprıqlarını daha ciddi, daha ürəkdən və daha operativ icra edən prezident ola bilər”.

Mədinə Useynova

Sədrəddin Soltan: "İranın nüvəyə sahib olması Ön Asiyada faciəyə səbəb ola  bilər"

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu