Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Natiq Məmmədli: İnformasiya hücumları insan hüquqları üzərindən aparılır

2 dəq
Paylaş:
Natiq Məmmədli: İnformasiya hücumları insan hüquqları üzərindən aparılır

Azərbaycana qarşı yönələn müəyyən informasiya mühitini çirkləndirmə hallarının əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Məmmədli "İnsan Hüquqları Aylığı" çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun MEDİA ilə birgə nümayəndələri üçün "Media və insan hüquqları" mövzusunda keçirilən maarifləndirici məlumat sessiyasında deyib.

Onun sözlərinə görə, insan hüquqları çərçivəsində media nümayəndələri ilə aparılan məlumatlandırma sessiyaları çərçivəsində müsbət dinamika izlənilir:

"İnsan hüquqları priotetdir. Düzdür, bəzi çatışmazlıqlar var, xüsusilə uşaq hüquqları və yeniyetmələrlə bağlı məlumatlarda buna rast gəlinir".

N.Məmmədli bildirib ki, Azərbaycana qarşı yönələn müəyyən təhdidlər, informasiya mühitini çirkləndirmə halları var:

"Əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir. Bizim media insan hüquqlarının prinsipini, onun doğru işıqlandırılması işini düzgün qura bilsə, Azərbaycanın imicinin formalaşmasına da böyük töhfə vermiş olar".

MEDİA rəsmisi Azərbaycanda uşaqların sosial şəbəkələrdəki zərərli informasiyalardan qorunması istiqamətində müzakirəyə çıxarılan qanun layihəsinə toxunub:

" dövləti öz yeni nəslini sağlam, dövlətçilik əxlaqına, ailə, milli-mənəvi dəyərlərə uyğun olaraq tərbiyə olunmasını istəyir. Bu bizim gələcəyimizdən asılı olan bir məsələdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax