Operativ Məlumat Mərkəzi

"Bu qanun müsəlman qadınları hədəf alır"

2 dəq
Paylaş:
"Bu qanun müsəlman qadınları hədəf alır"
bu sözləri Fransada müsəlman qadınların hüquqlarını müdafiə edən, vətəndaş təşəbbüsü olan "Khlass Les Cliches"in qurucusu Rani Belkhy deyib. Bildirilib...

"Parlamentə təqdim edilən "İdman yarışlarında dini simvolların olması” qadağası xüsusi olaraq müsəlman qadınları hədəf alır və onların sosial həyata və idmana çıxışına böyük maneə yaradacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Fransada müsəlman qadınların hüquqlarını müdafiə edən, vətəndaş təşəbbüsü olan "Khlass Les Cliches"in qurucusu Rani Belkhy deyib.

Bildirilib ki, Fransada 2004-cü ildə dövlət işçiləri üçün tətbiq edilən hicab qadağası təhsil müəssisələrinə, peşəkar və həvəskar idman yarışlarına da şamil edilərək böyük reaksiyalara səbəb olub.

Ölkədə uzun illərdir hicablı və burkini ilə hovuzlara girişin qarşısının alınması ilə yanaşı, yeni qanunla bütün həvəskar idman növlərinə şamil ediləcək qadağa hicablı qadınların fərdi azadlıqlarına və əsas hüquqlarına təhdid kimi qəbul edilir.

Qanun nəzəri olaraq idman yarışlarında dini simvollar taxanları hədəfləsə də, praktikada daha çox hicablı qadınlara hesablanıb və onların idmanla məşğul olmasına mane olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər