Əsas məzmuna keç

ABŞ 200 min sığınacaq axtaranın vizəsini ləğv etməyə hazırlaşır

ABŞ 200 min sığınacaq axtaranın vizəsini ləğv etməyə hazırlaşır

ABŞ hakimiyyəti qısa müddətli viza ilə ölkəyə daxil olub, sonradan sığınacaq istəyən şəxslərin statusunu yenidən nəzərdən keçirməyi planlaşdırır.

en ru

Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyalı şəkildə yeni siyasəti tətbiq etməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yeni siyasət çərçivəsində qısa müddətli ziyarətçi vizası ilə ABŞ-yə daxil olaraq daha sonra daimi yaşamaq üçün sığınacaq müraciəti edən şəxslərin “qeyri-immiqrant” vizalarının ləğv edilməsi nəzərdə tutulur.

Dövlət Departamenti dəqiq rəqəm açıqlamasa da, ABŞ mediasında yayılan məlumatlara görə, qərarın 2016-2026-cı illər arasında verilmiş B1 və B2 vizalarına ediləcəyi bildirilir. Sözügedən addımın təxminən 200 min nəfərə təsir göstərə biləcəyi proqnozlaşdırılır.

Vizaların ləğvi həmin şəxslərin avtomatik olaraq ABŞ-dən deportasiya ediləcəyi anlamına gəlmir. Sığınacaq prosesi davam edən şəxslər ziyarətçi statuslarını itirə, onların miqrasiya kateqoriyaları isə yenidən müəyyənləşdirilə bilər.

Katibinin müavini Kristofer Landau bildirib ki, ölkənin sığınacaq sistemi uzun müddətdir əsassız və etibarsız müraciətlərlə yüklənib. Rəsmilər qərarın əsas məqsədinin daxili təhlükəsizliyin gücləndirilməsi olduğunu vurğulayırlar.

İnsan hüquqları təşkilatları isə planlaşdırılan addıma etiraz edərək bunun ifadə azadlığı və ədalətli mühakimə hüquqları baxımından ciddi suallar doğurduğunu bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…