Əsas məzmuna keç

ABŞ Suriyanı terrora dəstək verən dövlətlər siyahısından çıxarır

ABŞ Suriyanı terrora dəstək verən dövlətlər siyahısından çıxarır

Vaşinqton rəsmi Dəməşqə qarşı tətbiq olunan məhdudiyyətlərin ləğvi istiqamətində addım atır.

en ru

ABŞ administrasiyası Suriyanı terrora sponsorluq edən dövlətlər siyahısından çıxarmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ "CNN" telekanalına açıqlamasında bildirib.

Məlumata görə, Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi ölkənin beynəlxalq ticarət və investisiyalara çıxışını bərpa edəcək. Marko Rubio qeyd edib ki, bu Suriyanın yenidən qurulması üçün mühüm imkanlar yaradacaq və ölkə tarixində yeni mərhələnin başlanğıcı olacaq.

Bildirilib ki, ABŞ administrasiyası iyulun 8-də Konqresə qərarla bağlı rəsmi bildiriş göndərib. ABŞ qanunvericiliyinə əsasən, statusun dəyişdirilməsi üçün 45 günlük ilkin xəbərdarlıq müddəti tələb olunur.

Qeyd edək ki, bu qərardan əvvəl Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şaraa ABŞ Prezidenti Trampla apararaq Vaşinqtonu ölkəsinə qarşı tətbiq olunan bütün məhdudiyyətləri ləğv etməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…