ABŞ, Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İranın qonşu ölkələrə hücumlarını pisləyən birgə bəyanat yayıblar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bəyanatda deyilir: “İran İslam Respublikasının hərəkətləri bir çox dövlətin suverenliyini pozan və regional sabitliyi təhdid edən təhlükəli bir eskalasiyanı təmsil edir. Mülki şəxslərə və hərbi əməliyyatlarda iştirak etməyən ölkələrə hücumlar ehtiyatsız və sabitliyi pozan davranışdır”.
Ölkələr vətəndaşlarını, suverenliyini və ərazilərini müdafiə etməkdə birləşdiklərini və bu hücumlara qarşı mübarizədə özünümüdafiə hüquqlarını bir daha təsdiqlədiklərini qeyd ediblər.