Əsas məzmuna keç

Bu il ixtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq

Bu il ixtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq

DİM sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul prosesindəki dəyişiklikləri açıqladı. I və II qrupda 150-200 bal toplayan abituriyentləri hansı fürsətlər gözləyir?

en ru

Bu il qaydalarında müəyyən olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

"Yeniliklərdən biri odur ki, ötən il I ixtisas qrupunda 150 balla seçim edilə bilən 11 ixtisas var idi. Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK alt qrupuna aid idi. Bu ildən həmin siyahı genişləndirilir. Riyaziyyat- İnformatika (Rİ) alt qrupuna aid daha iki ixtisas kompüter mühəndisliyi və informasiya texnologiyaları da siyahıya əlavə olunur. Beləliklə, RI alt qrupu üzrə 150–200 bal abituriyentlər də bu ixtisaslar üzrə seçim edə biləcəklər.

II ixtisas qrupunda da dəyişiklik edilib. Təxminən 7 yeni ixtisas 150 balla seçim edilə bilən ixtisasların siyahısına daxil edilib. Həmin ixtisasların siyahısı ayrıca cədvəldə təqdim olunacaq. Beləliklə, 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanları əhəmiyyətli dərəcədə genişlənir.

III və IV ixtisas qruplarında isə dəyişiklik yoxdur. Keçən il qüvvədə olan ixtisas siyahısı bu il də saxlanılıb və əlavə olunmayıb”, DİM sədri bildirib.

O qeyd edib ki, bu yeniliklər 150–200 bal toplayan abituriyentlər üçün ixtisas seçimi baxımından müsbət imkanlar yaradır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…