Əsas məzmuna keç

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi

DİM 11 illik təhsil bazasında qəbul prosesinə start verir. Sentyabrın 23-dən 27-dək davam edəcək müsabiqə şərtləri və ixtisas seçimi qaydaları ilə tanış olun.

en ru

Tam (11 ) orta bazasında orta təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir.

Bu barədə“Operativ Məlumat Mərkəzi-OMM”-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 23 – 27 sentyabr tarixlərində ixtisas aparılacaq.

Orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, tədris dili ( dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından “məqbul” alan abituriyentlər buraxılırlar.

İxtisas seçimi 27 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…