Əsas məzmuna keç

İxtisas seçimi: 70 min 428 abituriyent ərizəsini təsdiqləyib

İxtisas seçimi: 70 min 428 abituriyent ərizəsini təsdiqləyib

DİM-in son məlumatına görə, 70 mindən çox abituriyent qeydiyyatdan keçib. İxtisas seçimi üçün son tarix nə vaxtdır və hansı mərkəzlərdən kömək ala bilərsiniz?

en ru

müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas davam edir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

18 avqust saat 09:45-ə olan məlumata əsasən, 70428 (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

"Müsabiqədə iştirak edənlər “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…