Əsas məzmuna keç

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

DİM bakalavriat səviyyəsinə qəbul üçün müsabiqə mərhələsini elan etdi. Abituriyentlər üçün tələb olunan keçid balları və elektron ərizə qeydiyyatı qaydaları.

en ru

müəssisələrinə ixtisas başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12–19-da aparılacaq.

Abituriyentlər ixtisas seçimi ilə bağlı Universiteti, Qərbi Kaspi Universiteti, Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən " Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər.

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorları və bəzi məktəblərdə DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…