ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Kiyevi dəstəkləməyə xərclənən bütün pulları geri ala və Ukrayna ilə onun mineral ehtiyatları ilə bağlı müqavilələrdən daha çox gəlir əldə edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Bu, bizə heç bir xərc tələb etmir. Əslində, biz pul qazanırıq", - Tramp qeyd edib.
O bildirib ki, ABŞ-nin 46-cı prezidenti Co Bayden Ukraynaya 350 milyard dollar yardım ayırıb: "İndi o pulun əhəmiyyətli bir hissəsini geri aldım, çünki nadir torpaq elementləri ilə bağlı müqavilə bağladıq. Bu pulun əhəmiyyətli bir hissəsini geri qaytaracağıq. Bəlkə də hamısını, bəlkə də daha çoxunu" .