Operativ Məlumat Mərkəzi

Britaniyanın ATƏT-dəki nümayədəliyinin rəhbəri dəyişib

1 dəq
Paylaş:
Britaniyanın ATƏT-dəki nümayədəliyinin rəhbəri dəyişib
bu barədə Böyük Britaniyanın hökumət saytında məlumat verilib. Bildirilib ki, Neil Holland Böyük Britaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq...

Böyük Britaniyanın ATƏT-dəki nümayəndəliyinin rəhbəri dəyişib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın hökumət saytında məlumat verilib.

Bildirilib ki, Neil Holland Böyük Britaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) nümayəndə heyətinin rəhbəri təyin edilib.

O, bu postda Neil Buşu əvəz edəcək.

Neil Holland 2023-cü ilin aprel ayından etibarən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Neil Holland daha əvvəl Böyük Britaniya XİN-də müxtəlif departamentlərdə, həmçinin ölkənin Berlin, Vaşinqton və Dublindəki diplomatik missiyalarında çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər