Əsas məzmuna keç

Böyük Qayıdış və inkişaf strategiyası Prezidentə təqdim olundu

Böyük Qayıdış və inkişaf strategiyası Prezidentə təqdim olundu

Baş nazir Əli Əsədov parlamentdə II Dövlət Proqramı və 2030 hədəfləri barədə məlumat verdi. Ölkə rəhbərliyinə təklif edilən yeni sənədlərdə hansı yeniliklər var?

ru en

2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, növbəti ortamüddətli dövr dünyada və regionda cərəyan edən geosiyasi vəziyyət və geoiqtisadi amillər və hazırkı inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji və hədəflər formalaşdırır:

" 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının hazırda uğurla icrası davam edir. Strategiyanın davamı olaraq, 30 may 2025-ci il tarixində cənab tərəfindən imzalanmış Sərəncamdakı tapşırığa əsasən, yeni çağırışları və hədəfləri əhatə edəcək "2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının" layihəsi hazırlanıb, İqtisadi Şurada müzakirə olunub. Hər iki sənədin layihəsi Hökumət tərəfindən artıq Prezidentə təqdim olunub".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…