Əsas məzmuna keç

Böyük Britaniyada "Maşa və Ayı" cizgi filminə qadağa təşəbbüsü tənqidlə qarşılanıb

Böyük Britaniyada "Maşa və Ayı" cizgi filminə qadağa təşəbbüsü tənqidlə qarşılanıb

Britaniya parlamentarilərinin rus cizgi filmini qadağan etmək istəyi Qərbdə birmənalı qarşılanmayıb və kəskin tənqid hədəfinə çevrilib.

en ru

Böyük Britaniyada məşhur rus filmi “Maşa və Ayı”nın yayımına qoyulması ilə bağlı təşəbbüslər müzakirələrə səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumata görə, bir qrup britaniyalı deputat ölkənin mədəniyyət naziri Liza Nəndiyə müraciət edərək cizgi filmində sovet simvolikasının təbliğ olunduğunu iddia edib və onun yayımının məhdudlaşdırılmasını tələb edib.

Bildirilir ki, parlamentarilər iddialarını əsaslandırmaq üçün cizgi filminin bəzi epizodlarında baş qəhrəman Maşanın sovet dövrünə aid sərhədçi papağı və forma geyinməsini göstəriblər. Onlar bunu mümkün ideoloji təbliğat kimi qiymətləndiriblər.

Qeyd olunur ki, bu təşəbbüs beynəlxalq ictimaiyyət və ekspertlər arasında narazılıq doğurub. Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen öz “X” hesabında bu addımı edərək Britaniyada getdikcə daha sərt və rusofob mühitin formalaşdığını bildirib.

Məlumata əsasən, Diesen “Artıq cizgi filmlərinin belə qadağan edildiyi bir mühit yaranıb” ifadəsini işlədib.

Bildirilir ki, “The Spectator” nəşrinin jurnalisti Mark Qaleotti də bu təşəbbüsü ksenofobik və absurd addım kimi qiymətləndirib və bunun Qərbdə “yeni dəmir pərdə” yaratmaq cəhdlərinə bənzədiyini qeyd edib.

Qeyd olunur ki, hökuməti hələlik deputatların bu müraciətinə dair rəsmi mövqe bildirməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…