Borrel: Aİ “demoqrafik qış” yaşayır

Borrel: Aİ “demoqrafik qış” yaşayır
05.02.2023 13:30
Aa
dəq

Avropa İttifaqına (Aİ) üzv ölkələr “demoqrafik qış” yaşayır.

"Operativ Məlumat Mərkəzi - OMM" bunu İspaniyanın “El País” qəzetinə müsahibəsində Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Cozep Borrel deyib ki, Aİ-yə üzv ölkələrin mövqelərinin həddən artıq fərqli olması səbəbindən Avropa ümumi miqrasiya və qaçqınlara sığınacaq verilməsinə dair siyasət formalaşdıra bilmir: “Avropaya insan potensialını inkişaf etdirmək lazımdır, çünki özünün demoqrafiyası bunu təmin edə bilmir. Sərhədlər qorunmalıdır, amma sərhədlər məhz siyasi strategiya çərçivəsində qorunmalıdır. Biz qapalı ərazidə gələcəyimizi qurmağa hazırlaşmırıq. Ona görə də miqrantların normaya uyğun və idarə olunan formada Aİ-yə daxil olması bizim maraqlarımıza uyğundur”.

Həftənin ən çox oxunanları