Əsas məzmuna keç

Bölgədəki vəziyyətin gərginləşməsi fonunda "Apple" şirkəti BƏƏ-dəki mağazalarını bağladı

Bölgədəki vəziyyətin gərginləşməsi fonunda "Apple" şirkəti BƏƏ-dəki mağazalarını bağladı

Bölgədəki vəziyyətin gərginləşməsi fonunda Apple şirkəti BƏƏ-dəki mağazalarını bağladı

en ru

Inc. Birləşmiş Əmirliklərindəki bütün pərakəndə mağazalarının fəaliyyətini müvəqqəti olaraq dayandırdığını elan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə WCCFTech-in yaydığı məlumat yayıb.

Qərar ölkə üzrə beş pərakəndə satış məntəqəsini əhatə edir. Onlardan üçü Əbu-Dabidə, ikisi isə Dubayda yerləşir.

Qeyd olunur ki, əməliyyatların dayandırılması İnsan Resursları Nazirliyinin tövsiyələrinə uyğun olaraq həyata keçirilib. Nazirlik özəl şirkətlərə əlavə təhlükəsizlik tədbirlərinin görülməsini, əməkdaşların məsafədən iş rejiminə keçirilməsini və ictimai yerlərdə iştirakın minimuma endirilməsini tövsiyə edib.

Rəsmi məlumata əsasən, məhdudiyyətlər martın 3-dək qüvvədə olacaq. Bununla belə, onların uzadılıb-uzadılmayacağı ilə bağlı hələlik əlavə açıqlama verilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…