Əsas məzmuna keç

İranin BƏƏ-dəki səfiri nazirliyə çağırıldı - Etiraz notası veriləcək

İranin BƏƏ-dəki səfiri nazirliyə çağırıldı - Etiraz notası veriləcək

bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyi açıqlama yayıb.Nazirlik İranın hücumlarını pislədiyini bəyan edərək vurğulayıb ki, ölkə ərazisinə edilən hücum...

en ru

Birləşmiş Əmirliklərinin Xarici İşlər Nazirliyi İranin BƏƏ-dəki səfiri Rza Amerini notası təqdim etmək üçün nazirliyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik İranın hücumlarını pislədiyini bəyan edərək vurğulayıb ki, ölkə ərazisinə edilən hücum suverenliyin kobud şəkildə pozulması, milli təhlükəsizliyə təhdid və bütün beynəlxalq konvensiya, qətnamə və normaların açıq şəkildə pozulmasıdır.

Həmçinin bildirilib ki, BƏƏ İran hökumətinin yaşayış məntəqələri, hava limanları, limanlar və xidmət obyektləri də daxil olmaqla mülki obyektlərə qarşı yönəlmiş hərəkətlərinə təqdim etdiyi istənilən bəhanəni qətiyyətlə rədd edir:

“Bu ciddi və məsuliyyətsiz eskalasiya BƏƏ-nin açıq mövqeyini, öz ərazisinin İrana qarşı hər hansı hərbi əməliyyatlarda istifadə olunmasına yol verməyəcəyini nəzərə almır. Bu hücumlar mehriban qonşuluq prinsiplərinə və Nizamnaməsinə ziddir, eyni zamanda BƏƏ-nin İranla bağlı apardığı gərginliyin azaldılması və yolu ilə həll siyasətini sarsıdır. BƏƏ xəbərdarlıq edib ki, bu cür hərəkətlər siyasi, iqtisadi və ticarət səviyyəsində ciddi nəticələrə səbəb olacaq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…